Dünya
“Bu, Ukraynanın ölməsi anlamına gələcək” – ŞOK PROQNOZ
“Putin Rusiyası və NATO arasında bufer dövlət statusu Ukrayna dövlətinin ölməsi anlamına gələcək”.
Publika.az xəbər verir ki, bu barədə “Washington Post” nəşrindəki məqaləsində Qlazqo Universitetinin eksperti Brendon Valeriano yazıb.
Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin hazırkı görüntüsü onun tezliklə başa çatacağını deməyə əsas vermir.
“Amerika politoloqu Con Mirşmaeranın ideyasını xatırlatmaq istəyirəm. Bu ideya Ukraynanın NATO və Rusiya arasında neytral zonaya çevrilməsini nəzərdə tutur. Məhz “soyuq müharibə” dövründə Avstriya belə bir statusa malik idi. ABŞ və SSRİ buferin mövcudluğuna görə, Avstriya hakimiyyətinə təsir etməmək barədə razılaşmışdılar. Amma iki güclü rəqibin arasında bufer dövləti statusu Ukrayna dövlətinin ölümü anlamına gələcək. Çünki neytral Ukrayna gec-tez onların arasında müharibə meydanı olacaq. Bu isə ölkənin məhvinə gətirib çıxaracaq”, - ekspert qeyd edib.
Onun sözlərinə görə, tarixin hətta səthi tədqiqatı belə anlamağa imkan verir ki, bufer dövlət statusu geosiyasi böhran həllinə gətirib çıxarmayacaq: “Əksinə, bufer zona ölkəni daimi mübarizəyə məhkum edir. Amma mümkün humanitar nəticələri nəzərə alaraq bu, qəbuledilməz nəticədir. Əfqanıstan və Polşa təcrübəsini xatırlamaq lazımdır”.
Ömər Dağlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi