Dünya
“İslam dövləti” genişlənir: İŞİD orada da göründü - FOTO
Talibanın Pakistanın Vəziristan vilayətindəki keçmiş liderlərindən olan Beytullah Məsud Karvani İŞİD-ə biət edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İŞİD-ə yaxın sosial şəbəkədəki hesablardan birində bildirilib.
İŞİD Əfqanıstan və Pakistanda xeyli müddətdir fəaliyyət göstərməsinə baxmayaraq, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) fotoşəkillərin sosial şəbəkədə iddia edildiyi kimi Vəziristanda çəkildiyini hələ təsdiqləyə bilməyəcəyini söyləyib. Vəziristan vilayəti Taliban və “Əl-Qaidə”nin təlim düşərgələrinin olduğu və Əfqanıstandakı NATO güclərini hədəf almaq üçün təşkil olunan hücumlarda dəhliz olaraq istifadə edildiyi bölgə kimi tanınır.
Taliban lideri Həkimullah Məsudun ABŞ tərəfindən öldürülməsindən sonra liderlik üçün başlayan qəbilə döyüşlərində “Tahrik-i Taliban Pakistan”da qopmalar olmuş və təşkilatdan ayrılan bəzi döyüşçülər İŞİD-ə qatılmışdı.
Cənubi, yaxud da Şimali Vəziristan olduğu deyilməsə də, fotoşəkillərdə bölgənin geniş dağlıq ərazi olduğu görünür. Vəziristan Taliban və “Əl-Qaidə” üçün ən əhəmiyyətli bölgələrdən olduğu üçün İŞİD-in burada yerləşməsi təşkilatlar arasında yeni bir döyüşün başlanması anlamına gəlir.
Ekspertlər hesab edir ki, ABŞ-a hücum etmək istəyən Taliban və “Əl-Qaidə” güclərinin bundan sonra İŞİD səddini də keçməli olacaqlar.
Ömər Dağlı
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi