Məbəddə partlayış: 27 ölü, 80 yaralı
Bizi izləyin

Dünya

Məbəddə partlayış: 27 ölü, 80 yaralı

Taylandın paytaxtı Bankoqda törədilən partlayışda azı 27 nəfər ölüb, 80-nə yaxın adam yaralanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki partlayış Hindu məbədinin yaxınlığında törədilib.Reutersin məlumatına görə partlayıcı motosiklə qoyulubmuş.

Ölənlərin arasında Çin və Filippin vətəndaşları da daxil olmaqla xaricilər də var.Yaralıların əksəriyyəti isə Çin və Tayvan vətəndaşlarıdır.

Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm