Qara kağızı dollara çevirən “sehrli” maye
Bizi izləyin

Dünya

Qara kağızı dollara çevirən “sehrli” maye

Moskvada afrikalı iki tacir camaata qara kağızı "dollara çevirən maye” satıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, satıcılar sakinləri aldadaraq “sehrli” mayenin köməkliyi ilə qara kağızın 100 ABŞ dollarına çevrildiyini iddia ediblər.

Mərkəzi Afrika sakinləri kimyəvi məhlulun gücünü nümayiş etdirmək üçün onu alıcıların gözü qarşısında cınaqdan keçiriblər. Əslində isə onlar təcrübə zamanı alıcının diqqətini dağıdaraq kağızları əsl pulla əvəz ediblər.

Bu yolla fırıldaqçılar 20 milyon dollar qazana biliblər. Çünki “sehrli” məhlul sakinlərə 5 milyon rubla satılıb.

Polisin apardığı tədqiqatlar nəticəsində hər iki afrikalı saxlanılıb. Hazırda dələduzluq faktı üzrə cinayət işi qaldırılıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm