Dünya
ABŞ İŞİD-lə döyüşən “Yırtıcı quş”ları Rusiya sərhədlərinə göndərir
ABŞ yaxın vaxtlarda “Avropada təhlükəsizliyinin təminatı üzrə Təşəbbüs” çərçivəsində Avropada F-22 qırıcıları yerləşdirəcək.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın hərbi hava gücləri naziri Debora Ceyms bildirib.
O, qırıcıların sayını, yerləşdiriləcəyi ölkələrin adlarının və tarixinin dəqiqləşdirilmədiyini bildirib. “Rusiyanın Ukraynada hərbi fəaliyyəti bizdə və Avropa müttəfiqlərimizdə böyük narahatlıq yaradır”, - Ceyms Pentaqonda keçirdiyi mətbuat konfransında deyib.
F-22 dünyanın ən inkişaf etmiş və ən bahalı döyüş təyyarəsi hesab edilir. “Yırtıcı quş” (“Raptor”) da adlandırılan qırıcılar radarlardan yüksək səviyyədə gizlənmə xüsusiyyətinə sahibdir. F-22-lərdən ilk dəfə İraq və Suriyada İŞİD terror təşkilatına qarşı istifadə olunub. Qırıcılar 2005-ci ildə ABŞ ordusunun istifadəsinə verilib və hazırda ABŞ Hərbi Hava Qüvvələrində 180 ədəd F-22 var.
Amerikalı nazir F-22-lərin yerləşdiriləcəyi ölkələrina adlarını açıqlamasa da, ehtimal edilir ki, qırıcılar NATO üzvü olan Şərqi Avropa və Baltikyanı ölkələrdə yerləşdiriləcək. İyulun sonunda Latviyanın müdafiə naziri Raymonds Qraube bildirib ki, ABŞ payız aylarından başlayaraq respublika ərazisində ağır silahlar yerləşdirəcək.
İyunun 13-də “The New York Times” yazıb ki, Vaşinqton “Rusiyanın regionda mümkün təcavüzünün saxlanılması” üçün Şərqi Avropa və Baltikyanı ölkələrdə bir sıra ağır silahların yerləşdirilməsi imkanına baxır. Nəşrin yazdığına görə, ABŞ Litva, Latviya, Estoniya, Polşa, Rumıniya, Bolqarıstan və Macarıstana tanklar, piyada döyüş maşınları və digər ağır hərbi texnikanı göndərməyi plaşlaşdırır.
Ömər Dağlı
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO