Dünya
Həbsxanada infeksiya: 2 məhbus öldü, 4100-ü təxliyyə olundu
Cənubi Afrika Respublikasının Keyptaun şəhərinin yaxınlığında yerləşən həbsxananın təxminən 4100 məhbusu təxliyyə edilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, islahedici müəssisədə leptospiroz xəstəliyi aşkar edilib.
İki məhbus xəstəlikdən ölüb. İnfeksiyanın kütləvi yayılmasının qarşısını almaq üçün məhbuslar digər həbsxanalara köçürülüb. Həbsxanada dezinfeksiya aparılır.
Vətəndaş hüquqlarının təminatı üzrə polis və islahedici müəssisələr ittifaqı həbsxanalardakı vəziyyəti dözülməz adlandırıb. Təşkilatın nümayəndəsi Riçard Mamabalonun sözlərinə görə, həbsxanalar normadan artıq yüklənib. 30 məhbus üçün hesablanan kameralarda 80 nəfər saxlanılır. Bir nəzarətçiyə təxminən 70 məhbus düşür.
Xatırladaq ki, leptospiroz kəskin yoluxucu xəstəlikdir və zoonoz infeksiyadır. İnfeksiya mənbəyi əsasən gəmiricilərdir. Xəstəliyə yoluxanlar arasında ölüm ehtimalı 65-90 faizə çatır.
Ömər Dağlı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO