Dünya
ABŞ Rusiya ilə qarşıdurmaya hazırlaşır
Rusiya ABŞ-dan Suriyanın hava məkanından Amerika təyyarələrinin təcili olaraq çıxarılmasını tələb etsə də, Vaşinqton Suriyada hava əməliyyatlarını genişləndirmək niyyətindədir.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyası İncirlik bazasından sonra Diyarbəkrdəki hava bazasını da istifadə etməyə başlayır.
NATO-nun Avropadakı müttəfiq qüvvələrinin baş komandanı, amerikalı general Filipp Bridlav İŞİD-ə qarşı yaradılan koalisiyanın İncirlikdəki fəaliyyətini yaxın aylarda genişlənləndirməyi planlaşdırdığını, ABŞ Hərbi Hava Qüvvələrinin Diyarbəkrdəki hava bazasına təyyarələr və canlı heyət yerləşdirməyə başladığını söyləyib. Diyarbəkrdəki ABŞ qüvvələrindən ehtiyac olduğu halda Suriya və ya İraqdakı əməliyyatlarda istifadə olunacaq.
Qeyd edək ki, Rusiya məmurları ABŞ-dan Suriyanın hava məkanından Amerika təyyarələrininin təcili olaraq çıxarılmasını tələb ediblər. Bu barədə yüksək vəzifəli Amerika nümayəndəsinə istinadən “Fox News” telekanalı bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi qeyd edib ki, Rusiyanın döyüş təyyarələri hazırda Suriyanın hava məkanındadır.
Bu gün Rusiya Federasiya Şurası Suriyada Rusiya silahlı qüvvələrindən istifadə haqqında prezident Vladimir Putinin müraciətini bəyənib. Kremlin mətbuat katibi Dmitri Peskov isə keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Suriyada legitim əsaslarla hərbi əməliyyatlar keçirən tək ölkə olacaq.
Ömər Dağlı
-
Dünya11:22İranla münaqişədən sonra ABŞ-ın dünyadakı rolu: Ağlabatan bir şəxs prezident olarsa...
-
Hadisə10:50“Zelenoqrad Çikatilosu” öldürüldü: Qadın qatilini Ukrayna ordusu məhv etdi
-
Dünya10:30Trampa qarşı şok iddia: Çıxışlarından bir neçə saat əvvəl...
-
MDB09:24Dobnbas şaxtaları uğrunda döyüş: Rusiya strateji nöqtələri ələ keçirdi
-
İdman09:12Rəhim Həsənov niyə istefa vermir?
-
ABŞ09:00O da Tramp administrasiyasını tərk edir
-
Sosial08:12Ağdam şəhərinə daha 92 ailə yola salındı
-
Ekologiya07:55Azərbaycanın məşhur turizm bölgəsində dəhşətli mənzərə - Video











.webp)






















