Hadisə
Bakıda evdə güclü yanğın - Mənzil sahibinin meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Publika.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan ikiotaqlı mənzilin mətbəxində dolab və soba yanıb.
Yanğınsöndürənlər tərəfindən mənzil sahibi, 1939-cu il təvəllüdlü Əliyeva Ayla Ağahəsən qızının meyiti blokun girişində aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
-
İdman21:36“Qarabağ”dan ikinci qol - CANLI/YENİLƏNİR
-
Səhiyyə21:24İnsultdan ölüm hallarının GİZLİ AMİLİ
-
Region20:48Türkiyə bayrağını yandıran qadın belə saxlanıldı - VİDEO
-
Ekologiya20:05Xəzərlə bağlı HƏYƏCAN TƏBİLİ: Suyun səviyyəsi son 200 ilin minimumuna endi - FOTO
-
Hadisə19:48Kəlbəcərdə mina partladı: xəsarət alan var
-
İdman19:36Görün Zidanın məşqçilər komandasına kim daxil oldu
-
Sosial18:48Lazeroloq Cahanı öldürmək istəyən şəxsə 10,5 il iş verildi
-
Sosial18:12Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı


































