Manekenlər də var, MOSSAD agentləri də... – PKK və YPG-nin əcnəbi heyəti barədə ŞOK FAKTLAR
Bizi izləyin

Dünya

Manekenlər də var, MOSSAD agentləri də... – PKK və YPG-nin əcnəbi heyəti barədə ŞOK FAKTLAR

PKK və YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı) düşərgələrinə dünyanın hər tərəfindən xarici döyüşçülər axın edir.

Publika.az Türkiyənin “Takvim” nəşrinə istinadən xəbər verir ki, əcnəbi döyüşçülər yaxın vaxtlarda təşkilatdakı kürdləri say baxımından geridə qoya bilər.

Nəşrin yazdığına görə, Suriya gələn alman, ingilis və amerikalılar boyunlarındakı xaç və döymələri ilə terror təşkilatının onurğa sütununu təşkil etməyə başlayıb. Alman agenti Kevin Toaçim Türkiyə qırıcılarının Qəndili bombardman etməsi nəticəsində ölməsi təşkilatın daxilində əcnəbilərin varlığını açıq şəkildə ortaya qoymuşdu.

“Amma PKK-nın şəhər döyüşləri üçün təlim aldığı əcnəbi yalnız Kevin Toaçim deyildi. Türkiyə Silahlı Qüvvələrinin 23 iyul əməliyyatlarına kimi Qəndildə at oynadan Qərb agentləri və silah üzrə mütəxəssislər Qəndilin bombalanmasından sonra Suriyanın düzənliklərinə endilər. YPG və onun qadın qolu YPJ-nin içində yerləşən xarici döyüşçülər kürdlərin Rojava adlandırdığı Şimali Suriyanı sanki Birləşmiş Millətlər Təşkilatına çevirdilər”, - “Takvim” yazıb.

Amerikalı Samanta Jay bunlardan biridir. Bütün PKK-çılar kimi onun da kod adı var: “Heval Viyan”. Ona yoldaşlıq edənlərdən biri keçmiş ingilis əsgəri Erik Skurfeld (kod adı Kamal) idi. O, iddiaya görə İŞİD-lə döyüşərkən ölüb və tabutu YPG bayrağına bükülərək bu ilin mart ayında İngiltərədə dəfn edilib.

YPG-yə ABŞ, İspaniya, Venesuella, İngiltərə, Hollandiya və Çindən qatılan döyüşçülər “insanlıq dəyərləri”nə sahib çıxmaq üçün Rojavaya gəldiklərini bildirirlər.

Venesueladan gələrək PKK-ya qatılan “Velat” kod adlı döyüşçü bütün təbəqələri Rojava üçün mübarizəyə səsləyir. Amerikalı “Dilşad Cudi” kod adlı “pedaqoq” isə ölkəsində PKK və YPG-yə yardım üçün yardım kampaniyalarının təşkil edildiyini söyləyib.

PYD-nin lideri Saleh Müslim isə Rojavada ölən xarici döyüşçülərin dəfn mərasimləri üçün ölkə-ölkə gəzir. Erik Skurfeldin dəfn mərasimində iştirak edən Müslim çıxışında “xristian şəhid qardaşları”ndan bəhs edib: "Biz birik. İngilis, alman və avstraliyalı şəhidlərimizin qanları ilə dostluğumuz daha da möhkəmlənəcək. Torpaqlarımızın üzərindəki qaranlıq əl qalxana qədər mübarizəmiz davam edəcək”.

PKK və YPG-nın sıralarında döyüşmək üçün gələn əcnəbilərdən başqa Suriyaya “görüntü vermək” üçün gələnlər də var. “Hevi Piling” kod adlı kanadalı manken Tiger Sun dünyanın ən qanlı qadın təşkilatı olan YPJ-yə qoşulub. Əlindəki silahla kameranın qarşısına çıxan İsrail vətəndaşı Gillian Rosenberg də YPJ-yə qatılıb. MOSSAD agenti olduğu deyilən Rosenbergin təşkilatdakı vəzifəsinin nə olduğu isə məlum deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm