Huanqın vəzifəyə qayıdışına Trampdan reaksiya
Bizi izləyin

ABŞ

Huanqın vəzifəyə qayıdışına Trampdan reaksiya

Huanqın vəzifəyə qayıdışına Trampdan reaksiya

ABŞ Prezidenti Donald Tramp “Nvidia”nın Direktorlar Şurasının Censen Huanqı baş icraçı direktor vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib.

Publika.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

O bildirib ki, Huanqın şirkətə rəhbərliyi ABŞ iqtisadiyyatının uğuru və ölkənin milli təhlükəsizliyi baxımından vacibdir.

Trampın sözlərinə görə, ABŞ-ın baş prokuroru Huanqın hər hansı qanunsuz əməldə iştirak etdiyinə dair sübut olmadığını təsdiqləyib. Bununla belə, o, “Nvidia”nın ABŞ-ın ixrac nəzarəti qaydalarına riayət etməsi ilə bağlı daxili araşdırmanı davam etdirməli olduğunu söyləyib.

Censeni "böyük vətənpərvər" adlandıran Tramp "Onu, "Nvidia"nın Direktorlar Şurasını, ABŞ xalqını və əlbəttə ki, bütün dünyanı təbrik edirəm!", - deyə vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm