
Həsən Ruhani Həcc ziyarəti zamanı faciədə həlak olan iranlı zəvvarların cənazəsinin ölkəyə gətirilməsi münasibəti ilə Tehranın “Mehrabad” hava limanında keçirilən mərasimdə iştirak edərkən “onların qanının yerdə qoymarıq” deyə bəyan edib.
Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, mərasimdə çıxış edən Ruhani hadisə ilə bağlı araşdırma
aparılmasını tələb edib.
İran prezidenti qeyd edib ki, əgər hadisənin baş verməsində
məmurların günahı sübut olunarsa, zəvvarların qanını yerdə
qoymayacaqlar: “Biz bu günə kimi Səudiyyə Ərəbistan rəsmiləri ilə
qardaşlıq dili ilə danışmışıq. Yeri gəldikdə diplomatik dildən də
istifadə etmişik, amma bundan sonra lazım olsa, güc dilindən
istifadə edəcəyik”.
Xatırladaq ki, sentyabrın 24-də Həcc ziyarəti zamanı Mina
dağında yaranan izdihamda 769 nəfər həyatını itirib, 800-dən çox
zəvvar yaralanıb. İran isə bu sayı 4173 olaraq açıqlayıb.
Rübabə