Dünya
Prezident rüşvətxor müdafiə nazirini işdən qovdu

Qırğızıstan prezidenti Almazbek Atambayev müdafiə naziri Abibilla Kudayberdiyevi vəzifəsindən uzaqlaşdırıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin saytında deyilir.
Abibilla Kudayberdiyev korrupsiya ilə bağlı cinayət işinin əsas fiqurantı hesab edilir. Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin korrupsiyaya qarşı xidməti sui-istifadədə və bədxərclikdə şübhəli bilinən Abibilla Kudayberdiyevə qarşı cinayət işi qaldırıb.
Onun səlahiyyətlərini müdafiə nazirinin birinci müavini Zamira Suerkulova icra edəcək.
Sözügedən cinayət işində adı hallanan bir sıra şəxslər daha öncədən tutduqları vəzifələrindən uzaqlaşdırılıblar.

-
Dünya17:48
Ərdoğanla Zelenskinin görüşü yekunlaşdı - YENİLƏNDİ
-
Avropa17:30
Almaniya tarixi torpaqlarını Polşadan geri istəyir... - ŞOK SSENARİ
-
Hadisə17:26
İki məmur vəzifəsindən getdi
-
Rəsmi xronika16:00
Prezidentdən YENİ FƏRMAN
-
Dünya15:02
Ərdoğan Lvovdadır - YENİLƏNDİ
-
Hadisə14:44
Samuxda qazi özünü yandırdı - RƏSMİ
-
Hadisə14:21
FHN-nin qalmaqallı polkovniki həbs olundu
-
Hadisə13:41
“Qalaaltı” yaxınlığında meşə yanğını söndürüldü - FHN