Saakaşvili Maydanın 26 yaşlı fəalını gömrük xidmətinə rəhbər gətirir – VİDEO
Bizi izləyin

Dünya

Saakaşvili Maydanın 26 yaşlı fəalını gömrük xidmətinə rəhbər gətirir – VİDEO

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Cənub regional gömrük xidmətinin rəhbərliyini Maydan hərəkatının 26 yaşlı fəalı Yuliya Maruşevskaya təklif edib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, Saakaşvili bu barədə “7 kanal”ın efirində bildirib.

“Ümid edirəm ki, Yuliya Maruşevskaya artıq gələn həftə Odessa gömrüyünün rəhbəri postunda öz vəzifəsinə başlayacaq”, - Saakaşvili qeyd edib.

Vilayətin qubernatoru əlavə edib ki, bölməyə müsabiqə yolu ilə tamamilə yeni komanda yığılacaq. Maruşevskaya hazırda Saakaşvilinin müavini vəzifəsini tutur. O, bu posta 2015-ci ilin iyulunda təyin edilib.

Maruşevskaya 2013-cü ilin sonunda Maydandakı etiraz aksiyalarında şöhrət qazanıb. 2014-cü ilin fevralında “I Am a Ukrainian” videoçarxı sosial şəbəkələrə çıxdı. Maruşevskaya dünya cəmiyyətini ukraynalıları dəstəkləməyə çağırırdı. Videonu indiyə qədər 8,5 milyondan çox insan izləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm