“Rusiya kürdlərə hərbi dəstək verir” – Lavrovdan ETİRAF
Bizi izləyin

Dünya

“Rusiya kürdlərə hərbi dəstək verir” – Lavrovdan ETİRAF

Finlandiyada rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov paytaxt Helsinkidə keçirdiyi mətbuat konfransında ölkəsinin Yaxın Şərq siyasətinə dair sualları cavablandırıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Rusiyanın baş diplomatı ölkəsinin Suriya və İraqa hərbi və texniki yardımlar həyata keçirdiyini bəyan edib.

S.Lavrov Rusiyanın kürdlərə də hərbi dəstək verdiyini etiraf edib: “Rusiya İraq kürdlərinə də hərbi dəstək verir. Ancaq bu dəstək Bağdad hökumətinin razılığı əsasında həyata keçirilir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm