Putinin mətbuat katibi: “Krım o halda...”
Bizi izləyin

Dünya

Putinin mətbuat katibi: “Krım o halda...”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Krım və Donbasa görə ölkəsindən 1 trilyon dollar kompensasiya tələb edən Ukraynanın baş naziri Arseniy Yasenyuka cavab verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Dmitri Peskov Yasenyukun tələbini başa düşmədiyini deyib.

“Krım Rusiyanın ərazisidir. Donbas isə Ukraynanın ərazisidir. O halda 1 trilyon dollar kompensasiya nə üçün tələb edilir? Aydın deyil”, - Rusiya prezidentinin mətbuat katibi bildirib.

Dmitri Peskov əlavə edib ki, Ukraynanın borcunun yenidən strukturlaşdırılması üzrə Moskvanın mövqeyi dəyişməzdir. O, bildirib ki, Kiyev Rusiyaya olan borcunu vaxtında və tam şəkildə ödəməyə məcburdur.

Qeyd edək ki, Ukraynanın baş naziri Kiyevin Rusiyadan Krım və Donbasa görə azı 1 trilyon dollar tələb edəcəyini bildirb. Baş nazir bildirib ki, Rusiyanın Krımı ilhaq, Donetsk və Luqanska müdaxilə etməsi ilə bağlı Ukraynanın əlində iki əsas iddia var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm