Dünya
Misirdə parlament seçkilərinin birinci turu keçirilir
Misirdə parlament seçkilərinin iki gün davam edəcək birinci mərhələsi keçirilir. Səsvermənin birinci turunda Misirin 27 milyondan çox vətəndaşı iştirak edəcək. Yerli vaxtla saat 9:00-da açılmış seçki məntəqələri 21:00-da bağlanacaq.
Ali Seçki Komissiyasının məlumatına görə, səsvermənin bu mərhələsi respublikanın 14 əyalətində - Əl-Cizə, Əl-Fəyyum, Bəni-Sueyf, Əl-Minya, Asyut, Əl-Vadi əl-Cədid, Sohaq, Kena, Luksor, Asuan, Qırmızı dəniz, İsgəndəriyyə, Buheyra və Marsa Matruhda keçiriləcək. Parlament seçkiləri digər 13 əyalətdə noyabrın 22-23-də nəzərdə tutulan ikinci mərhələdə keçiriləcək.
Seçkilərin gedişini ölkədə fəaliyyət göstərən məhkəmə korpusunun təxminən 16 min qulluqçusu və çoxsaylı müşahidəçilər izləyəcəklər. Misirin minlərlə polisi səsvermə məntəqələrinin təhlükəsizliyini təmin edəcək.
Xaricdə yaşayan vətəndaşlar üçün parlament seçkilərinə səsvermənin birinci mərhələsi oktyabrın 17-də başlanıb və bu gün də davam edəcək. Seçki komissiyaları ölkənin 139 diplomatik nümayəndəliyinin ərazisində yerləşdirilib. Burada 600 min misirli səs verə bilər.
Misir parlamentinin Nümayəndələr Palatasının birbaşa səsvermə yolu ilə 568 üzvü seçiləcək. Onlardan 448-i müstəqil, 120-si partiya siyahısı üzrə müəyyən ediləcək. Parlamentin səlahiyyət müddəti 5 ildir.
-
Qarabağ 14:15Xankəndi şəhərinə köçmək istəyənlərə ŞAD XƏBƏR
-
ABŞ13:45Tramp Makronun “fatihə”sini verdi: Heç kimə lazım deyil, tezliklə…
-
Region12:48Tramp Paşinyana da dəvət göndərdi: Nə cavab verib?
-
Nida Xəbər 12:36Məzahir Pənahov vəzifədən gedir? - ÖZÜ DANIŞDI
-
Maraq dünyası11:46Qışda böyük yüksəliş: 5 bürc varlanacaq
-
Sağlamlıq11:25Dünya bu il yeni pandemiya ilə üzləşəcək: TƏHLÜKƏ QAPIDA
-
Nida Xəbər 10:21Türkiyə XİN-dən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO
-
Sosial09:45Hazırda bu yollar bağlanıb - Sürücülərə XƏBƏRDARLIQ




































