Prezidentə sui-qəsd hazırlayan şəxs tutuldu
Bizi izləyin

Dünya

Prezidentə sui-qəsd hazırlayan şəxs tutuldu

Maldiv Respublikası Prezidenti Yamən Əbdül Qayuma qarşı sui-qəsdi prezident köməkçisi Əhməd Adibinin hazırladığı məlum olub.

Publika.az xəbər verir ki, Əhməd Adib Çin səfərindən geri qayıdarkən aeroportda nəzarətə götürülüb.

Ə.Adibin sui-qəsddə əlinin olması ABŞ, Səudiyyə Ərəbistanı və Şri Lankanın dəstəyi ilə davam etdirilən istintaq nəticəsində müəyyən edilib.

Xatırladaq ki, bu il sentyabrın 28-də prezident Səudiyyə Ərəbistanından Həcc ziyarətindən qayıdarkən gəmisində baş verən partlayışda xəsarət almadan xilas olmuşdu, həyat yoldaşı isə yüngül yaralanmışdı. O zaman mətbuata açıqlama verən Adib sui-qəsdlə əlaqəsi olması iddialarını rədd etmişdi. (axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm