Dünya
Kerri: “Cəhənnəmdən çıxış yolu axtarırıq”
ABŞ-ın dövlət katibi Con Kerri oktyabrın 30-da Avstriyanın paytaxtı Vyanada təşkil ediləcək Suriya toplantısı öncəsi açıqlama verib.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, dövlət katibi cəhənnəmdən çıxış yolu axtardıqlarını deyib.
Con Kerri bildirib ki, qarşıdakı görüşdən dərhal nəticə gözləmək lazım deyil. “Suriya böhranının həlli asan olmasa da, sabahkı toplantı indiyə kimi əlimizə keçən ən əhəmiyyətli şansdır”, - dövlət katibi söyləyib.
Sabah keçiriləcək toplantıda ötən həftə keçirilən toplantıya qatılan Rusiya, ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanla yanaşı İran, İngiltərə, Fransa, İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İordaniya da qatılacaq.
Ömər Dağlı
-
Hadisə02:00Xəzər dənizində zəlzələ oldu
-
Səhiyyə01:41Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
-
Yaxın Şərq00:45İrana qarşı əməliyyat başa çatıb? - Netanyahudan AÇIQLAMA
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gözəllik görmək gözəldir, amma...
-
İdman11 Aprel 23:36Ronaldo karyerasının 968-ci qolunu vurdu
-
Ekologiya11 Aprel 22:36"Yeddi aya yağan yağış iki gündə yağdı" - VİDEO
-
Yaxın Şərq11 Aprel 22:24Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
-
Sosial11 Aprel 21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ































