“Şikayət etsən, maşınla üstündən keçəcəyəm” - Aktrisa iş adamını 16 minlik dələduzluqda ittiham edir
Bizi izləyin

Sosial

“Şikayət etsən, maşınla üstündən keçəcəyəm” - Aktrisa iş adamını 16 minlik dələduzluqda ittiham edir

“Şikayət etsən, maşınla üstündən keçəcəyəm” - Aktrisa iş adamını 16 minlik dələduzluqda ittiham edir

Akademik Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayevaya qarşı dələduzluq edilib. Aktrisa bildirib ki, "Günəşli" inşaatın rəhbəri Firutan Məmmədovun onun tikinti üçün verdiyi pulunu ələ keçirib.

Publika.az Moderator.az-a istinadən xəbər verir ki, G.Abdullayeva pulunu istədiyi zaman isə iş adamının onu təhqir etdiyini deyib:

"Firutan Məmmədovun məni aldadıb, dələduzluqla pullarımı əlinə keçirməsi azmış kimi məni təhqir etməkdən də çəkinmir. Deyir ki, “artistsən, artistlik etmə”. Deyir ki, pul yoxdur. Deyirəm ki, maşınını sat, pulumu ver. Hədə-qorxu gələrək deyir ki, “bu maşın satmaq üçün yox, sənin üstündən keçmək üçündür, şikayət etsən gözləmədiyin yerdə üstündən keçəcəyəm.

35 ildir Azərbaycan mədəniyyətinə xidmət edirəm. Heç vaxt ağlıma gəlməzdi ki, hansısa şirkət sahibi məni aldadar, pulumu dələduzluqla əlinə keçirər. Bir gün yutub sosial platformasında gördüm ki, “Günəşli İnşaat” MTK minimum ödənişlə, qalanı isə hissə-hissə ödəməklə həyət evləri tikir. Yarı pulu ödənildikdə ev təhvil verilir, qalan pul içində yaşayaraq ödənilir. Bu elan diqqətimi çəkdi. Ofisləri Hövsanda idi. Gedib maraqlandım. Dedim ki, mənə ərazini göstərin. Aparıb Türkan-Hövsan yolunda bir məhəllə göstərib dedilər ki, buranı biz salmışıq. Küçəyə baxanda bilinirdi ki, köhnə məhəllədir. Orada yarıtikili evlər, qum, daş görüb inandım. Sən demə, o məhəllədə 5-10 ev tikiblər. Məhəlləni bunlar salmayıb. Ofislərində gəldik. Müqavilənin notariusda bağlanılmasını təklif edəndə dedilər ki, ofis şəraitində bağlayacağıq. Pandemiyadan sonra, 5 iyun, 2023-cü ildə sonuncu 1500 azn ödədim və gördüm ki, bunlar heç bir daş da mənim üçün almayıblar. Artıq pandemiya bitdi. Nə iş görüldüyünü soruşduqda ilk göstərdikləri yeri deyil, digər yerlərdə başqaları üçün tikdikləri, onların qəbul etmədiyi yarıtikililəri göstərərək “bunu sənin üçün bitirək” dedilər. Dedim ki, başlayın, bitirin. İnşaat rəhbəri Firutan Məmmədov dedi ki, qalan pulu da ver tikilini bitirək. Mən etiraz etdim ki, sən iş görməyə-görməyə məndən hələ də pul istəyirsən. O ildən bu ilə mən “Günəşli inşaat”-dan nə pulumu ala bilirəm, nə də evimi. Ümumi yazısı, qolu ilə Firutan Məmmədova 13.350 azn manat pul ödəmişəm. Hələ yazısız ödədiklərim də var. Deyirdilər ki, özümüzdə qeyd edirik. Təxminən 16 mindən çox pulumu ələ keçiriblər. Bu gün həmin şirkətin nə ofisi, nə kompyuteri, nə də işçiləri var”.

Aktrisa bildirib ki, iş adamından çox müştəri şikayət edib. O, iş adamının ona 16 min manat ödəməli olduğunu söyləyib:

“Firutan Məmmədov haqda sosial şəbəkələrdə, saytlarda, internet səhifələrində bütün məlumatlar var. Mən hələ sonuncuyam, gör mənə kimi nə qədər insan ondan narazıdır! Tutaq ki, mən yalan deyirəm, bəs bu qədər insan da yalan danışır?! Onun səs yazıları da məndədir. Hamısını lazımı orqanlara vermişəm. Camaatı təhqir edir. Mənim tanıdığım 88 insan ondan şikayət edib. Mən onu nə təhqir etmişəm ki?! Demişəm ki, pulumu ver də. Sənin nə ofisin var, nə də ödəniş cədvəlin! Göstər də ofisini, gəlib orada çəkiliş etsinlər! Günü-günə satır, həftəni-aya calayır. Hami bilir ki, o çoxdanın dələduzudur. Bilirəm ki, əvvəl-axır həbs olunacaq. Dövlətimizə, onun qayda-qanunlarına inanıram. Onun heç bir sözü bir-birinə uyğun gəlmir. Mən pulumu istəyirəm. Deyir ki, “pulum yoxdur, gəl öldür məni”. İşçiləri onu qoyub qaçıb. Bu insanın möhürlü peçatı da saxtadır. Bir torpağı 10 nəfərə satan insandan nə gözləyəsən?! Başqasının evini göstərib, mənə deyir ki,, sənin üçün tikmişəm. Özünü xeyriyyəçi kimi göstərir. Hələ də yutubdan reklamlarını yığışdırmayıb, hələ də ona inananlar var. Aidiyyatı orqanlar onun bu əməllərindən xəbərdardırlar. Onu bütün Hövsan, Suraxanı tanıyır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm