Dünya
3 yaşlı uşağın meyiti 8 km aralıda tapıldı
Xilasedicilər Misirin Sinay yarımadasında qəzaya uğrayan Rusiyaya məxsus “Airbus-321” laynerində həlak olan 3 yaşlı uşağın meyitini 8 km aralıda tapıblar.
Publika.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Misir ordusunun zabiti məlumat verib.
“Bizim xilasedicilər qəzanın baş verdiyi yerdən təxminən 15 km radiusda axtarış işləri aparırlar. Qəzada həlak olan 3 yaşlı qızın meyitini təyyarənin partladığı yerdən 8 km uzaqlıqda tapdıq”.
TASS Agentiliyinin yazdığına görə, Misir xilasediciləri hissələrə parçalanmış təyyarənin qalıqları arasından 175 nəfərin meyitini tapıblar. Artıq 163 meyit Sankt-Peterburqa göndərilmək üçün Qahirə morquna aparılıb. Meyitlərin tanınması üçün lazım olan genetik məlumatların nümunələri faciə qurbanlarının 147 nəfər qohumundan götürülüb.
Xatırladaq ki, ötən gün Şarm-əl Şeyx şəhərindən Sankt-Peterburqa uçan Rusiyaya məxsus təyyarə havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan itib, daha sonra isə Sinay yarımadasında yerə düşərək partlayıb. Təyyarənin bortunda 217 sərnişin və 7 ekipaj üzvü olub. Sərnişinlərin 25-nin uşaq olduğu bildirilir. Hadisə nəticəsində təyyarədə olanların hamısı dünyasını dəyişib.
Rusiya prezidenti Vladimir Putin baş vermiş dəhşətli qəza ilə əlaqədar ölkədə bir günlük matəm elan edib.
Gülnar Əliyeva
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı