Əsəd adamlarını Moskvaya göndərir
Bizi izləyin

Dünya

Əsəd adamlarını Moskvaya göndərir

Suriya prezidenti Bəşər Əsədin nümayəndələri ilə müxalifət təmsilçiləri gələn həftə Moskvada görüşə bilər.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov bildirib.

“Tərəfləri gələn həftə görüşməsi üçün Moskvaya dəvət edəcəyik. Hökumətlə əlaqədar bir problem yoxdur. Çünki onlarla uzun müddətdir danışırıq. Hazırda Suriya müxalifətinin nümayəndələri ilə danışıqlar aparırıq”, - rusiyalı diplomat deyib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə sabah Moskvada BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan di Mistura ilə görüşəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm