Dünya
“Bloomberg” İraqdakı ABŞ hərbçilərinin əsas missiyasını açıqladı
“ABŞ bir neçə aydır ki, Yaxın Şərqdə xüsusi əməliyyatlar keçirir. Hərçənd bu missiyanı yeni adlandırırlar”.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg View” nəşri yazıb.
"ABŞ təsurat yaratmaq istəyir ki, regionda Amerika hərbçilərinə yeni missiya verilib. Amma Amerika xüsusi təyinatlı dəstəsi artıq bir neçə aydır ki, kürdlərin nəzarəti altında olan Şimali İraqda iş aparır. Xüsusi təyinatlı güclər bunun üçün geniş infrastruktur yaradıblar”, - məqalənin müəllifləri hesab edirlər.
ABŞ prezidenti Barak Obama 2014-cü ilin yayında İraqa xüsusi təyinatlı əsgərlərin ilk qruplarının göndərilməsinə icazə verib. Onların vəzifələrinin hərbi təlimatçı olduğu bildirilib. Ancaq məqalənin müəllifləri Amerika və kürd məmurlarına istinad edərək iddia edirlər ki, İraqda xüsusi təyinatlı əsgərlərlə komplektləşdirilmiş əməliyyat mərkəzi var. Onların əsas vəzifəsi İŞİD-in yüksək vəzifəli liderlərin aşkar edilməsi, həmçinin İŞİD-in binaları, düşərgələri və avtomobil karvanlarının dəqiq koordinatlarının hava güclərinə ötürülməsidir.
Məqalənin müəllifləri yazır ki, bir çox əməliyyatlar məxfiləşdirilib, Ağ Ev yaralı və ya ölən Amerika əsgərləri haqqında informasiyaları açıqlamır.
Ömər Dağlı
-
İdman20:50“Qarabağ” - “Ayaks”a qarşı - Heyətlər açıqlandı
-
Elm və təhsil20:10Nazir rəydə ona təşəkkür etmişdi: Gündəm olan müəllim DANIŞDI - VİDEO
-
Sosial20:00Bakıda daha bir məşhur bazar SÖKÜLÜR
-
İdman19:50“Qarabağ” – “Ayaks” oyunu təxirə salınır? - Klub açıqladı
-
Elm və təhsil18:50Yeni təyin olunan rektor kimdir? - DOSYE
-
Sosial17:53Əli Əsədov sərəncam imzaladı
-
Rəsmi xronika17:43Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM
-
Nida Xəbər 17:30Prezidentə yalan deyilib: Ramiz Mehdiyev onların adını siyahıdan çıxarıb




























.jpg)







