Dünya
İran şok rəqəmi açıqladı: Bu qədər ABŞ əsgəri öldürülüb
İran Bəhreyndə ABŞ əsgərlərinin yerləşdiyi ərazini hədəf alıb.
Publika.az xəbər verir ki, bui barədə İran İnqilab Keşikçiləri Korpusu bəyanat yayıb.
Bəyanatda "Əsl vəd 4" əməliyyatının yeddinci və səkkizinci dalğalarının son saatlarında ABŞ və İsrail hədəflərinə raket zərbələri və genişmiqyaslı dron hücumları həyata keçirildiyi bildirilib.
İddia olunub ki, bu əməliyyat 560 ABŞ əsgərinin ölümünə və ya yaralanmasına səbəb olub:
"Son hücumlardan sonra Küveytdəki ABŞ-ın Əli əl-Salem Dəniz Bazası tamamilə sıradan çıxarılıb və ABŞ-ın Məhəmməd əl-Əhməd dəniz infrastrukturundan üçü məhv edilib. Bəhreynin Salman limanındakı ABŞ Dəniz Bazası da dörd dron tərəfindən hədəf alınıb və onun komandanlıq və dəstək mərkəzlərinə ciddi ziyan dəyib".
Açıqlamada dəniz hədəflərinə hücumların davam etdiyi qeyd olunub: "Fars körfəzi və Hörmüz boğazında yerləşən ABŞ və Böyük Britaniyanın 3 neft tankeri raket hücumuna məruz qalıb və hazırda yanır".
Roza
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın



































