Region
İranın sensasiyalı qisas planı: Hadisələr ətraf ölkələrə necə təsir edəcək? - Video
"Biz bu hərbi əməliyyatların ən qısa müddətdə başa çatacağını və gəmilərin səyahətlərinə davam edib, yenidən Hörmüz boğazından təhlükəsiz şəkildə keçə biləcəyinə ümid edirik".
Bunu Almaniya Kansleri Fridrix Merts deyib.
Publika.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Bu, Hörmüz boğazı ilə bağlı narahatlıqların, sadəcə, 1 faizidir. ABŞ Enerji İnformasiya Administrasiyasının rəqəmlərinə baxanda görürük ki, su yolu qlobal neft və neft məhsulları trafikinin təxminən dörddəbiri və əsasən Qətərdən gələn qlobal mayeləşdirilmiş təbii qaz ticarətinin beşdəbiri bu boğazla bağlıdır. Buradan daşınan neft və neft məhsullarının 84 %-i və mayeləşdirilmiş təbii qazın 83 %-i Asiya ölkələrinə, əsasən Çin, Hindistan, Yaponiya və Cənubi Koreyaya göndərilir. İran öz neft ixracının 90-99 %-ni bu boğazdan ixrac edir. Neft və qaz onun ümumi ÜDM-nin 25 %-ni və büdcə gəlirlərinin 45 %-ni təşkil edir.
Deməli, İranda aparılan əməliyyatlar Hörmüz boğazında problem yaradırsa, bu, bölgə ölkələri ilə bərabər, Tehrana da ziyandır. Lakin İran bunları gözə almayaraq Körfəz ölkələrinə zərbələr endirir. Bu, bölgənin əsas dəniz yolu olan Hörmüz boğazı üçün pis haldır.
Beynəlxalq Böhran Qrupunun layihə direktoru Əli Vaezin fikrincə, İranın baxışı budur ki, Donald Trampın iqtisadi maraqlarının olduğu Körfəz ölkələrini hədəf almaqla regiondan enerji ixracına mane olsun:
"Bununla da qlobal enerji qiymətlərini qaldırmaqla və dünya iqtisadiyyatını şoka salmaqla ABŞ-də inflyasiya effekti yaratsın. Ona görə də bu amil D.Trampı münaqişəni daha uzun müddət davam etdirmək barədə iki dəfə düşünməyə məcbur edəcək".
Yaxın Şərq İnstitutunda İran proqramının əməkdaşı Aleks Vatanka isə qeyd edib ki, Körfəz dövlətlərinin xüsusilə qorxduğu şey İrandakı anarxiyadır:
"İran 92 milyon əhalisi olan bir ölkədir. Sizə qısa bir müqayisə verim. Qətərin yerli əhalisi təxminən 2 milyon 500 min nəfərdir. Bu, Tehranın bir məhəlləsi deməkdir. İranda vətəndaş müharibəsini təsəvvür edin. Bu ölkədən çıxa biləcək miqrantların, qaçqınların axınını təsəvvür edin. O zaman bunun dinc cəmiyyətlər üçün nə demək olduğunu başa düşmək olur. Buna görə də İrandan gələn qeyri-sabitlikdən qorxurlar".
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
MDB13:56Fransız tarixçi niyə Rusiya vətəndaşlığını seçdi? - İlginc səbəb
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək






.jpg)


















.jpg)













