Dünya
Bütün hücumlardan sağ çıxan, Xameneini ən son görən şəxs - Xain odur?
İranda yüksək səviyyəli şəxslərin öldürüldüyü hücumda yeganə sağ çıxan şəxs İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri İsmayıl Qaani olub. Diqqətçəkən məqam isə budur ki, o, buna bənzər hücumdan ilk dəfə sağ çıxmır.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İranın ali lideri Əli Xameneinin ölümünə səbəb olan hücumdan bir neçə dəqiqə əvvəl ərazini tərk edən Qaani, əvvəlki "möcüzəvi" qaçışları ilə də casusluq şübhələrinin mərkəzinə çevrilib.
İddiaya görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İran daxilindəki yerli agent şəbəkəsinin məlumatları hücumun "uğur"unda həlledici rol oynayıb.
Əvvəlcə gecə vaxtı üçün planlaşdırılan əməliyyat, görüş haqqında alınan kəşfiyyat məlumatlarına əsasən səhər saatlarına keçirilib. ABŞ rəsmiləri vurğulayırlar ki, əməliyyatın aparılması qərarı İran daxilindəki "çox etibarlı" mənbələrdən alınan məlumatlara əsasən yekunlaşdırılıb.

2024-cü ilin sentyabrında Hizbullah lideri Həsən Nəsrullahın ölümünə səbəb olan bombalı hücumdan qısa müddət əvvəl binanı tərk edən Qaani, o dövrdə də tənqid olunub. Lakin sonradan heç bir rəsmi ittihamla üzləşməyib. O, həmçinin Suriyada SEPAH komandirlərinin öldürüldüyü binanı da son anda tərk edib.
Qaaninin 12 günlük müharibə zamanı hədəfə alınmazdan bir az əvvəl hərbi zirvə toplantısını tərk etməsi də məlumatlar arasındadır. Həmçinin o, son hücumdan bir neçə dəqiqə əvvəl Xamenei ilə görüşünü bitirib və təcili ərazini tərk edib. Bütün bu məlumatlar Qaaninin casus olması ilə bağlı iddiaları gücləndirib.
Qeyd edək ki, İsmayıl Qaani hərbi karyerasına 1979-cu il inqilabından sonra İnqilab Keşikçilərinə qoşulmaqla başlayıb. O, 1980-1988-ci illər İran-İraq müharibəsi zamanı ön cəbhədə iştirak edərək rütbələrə yüksəlib. Qüds Qüvvələrinin çətiri altında, xüsusən də Əfqanıstan və Pakistandakı fəaliyyətlərə rəhbərlik edib. Bölgədəki milis qrupları ilə dərin əlaqələrinə görə ABŞ-ın sanksiya siyahısında olan Qaani, İranın regional strategiyasının əsas aktorlarından biri kimi tanınır.
Roza
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın



































