İndoneziyada güclü zəlzələ olub
Bizi izləyin

Dünya

İndoneziyada güclü zəlzələ olub

İndoneziyanın şərqində rixter cədvəli üzrə 6,3 bal gücündə zəlzələ baş verib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar İnstitutu (USGS) yerin 10 kilometr dərinliyində baş verən zəlzələnin episentrinin Alor adasının 28 kilometr şimali-şərqində olduğunu açıqlayıb.

Zəlzələnin itkilərə səbəb olmadığı bildirilir. İndoneziya Meteorologiya və Geofizika Agentliyi isə zəlzələdən sonra sunami xəbərdarlığı etməyib.

Sakit okeanda zəlzələ və vulkan qurşağında yerləşən İndoneziyada 26 dekabr 2004-cü ildə 9,1 gücündə zəlzələ baş vermişdi. Zəlzələdən sonra yaranan sunami 230 min adamın həyatına son qoymuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm