Ağır itki: 40 əsgər öldürüldü
Bizi izləyin

Dünya

Ağır itki: 40 əsgər öldürüldü

Suriyanın Hələb vilayətinin Əl-Hadır mahalında rejim gücləri ilə müxalifət qüvvələri arasında şiddətli döyüşlər baş verib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, döyüşlərdə 40 rejim əsgəri öldürülüb, 5 tank məhv edilib.

“Anadolu” müxbirinin Hələbdəki yerli mənbələrdən aldığı məlumata görə, Suriya ordusu Rusiya hərbi təyyarələrin dəstəyi ilə vilayətin cənubunda yerləşən Əl-Hadır mahalında hücumlarını davam etdirir. Rejimin ağır silahlarla hücum etdiyi mahalın bir hissəsində nəzarəti təmin etdiyini, amma müxalifət güclərinin qısa müddət sonra bölgəni geri qaytardığı bildirilir.

Müxalifət güclərinin çoxlu sayda rejim əsgərini əsir aldığı xəbər verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm