Sarkozinin “qara qutusu” həbs cəzası aldı
Bizi izləyin

Dünya

Sarkozinin “qara qutusu” həbs cəzası aldı

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin "qara qutusu” kimi tanınan sabiq daxili işlər naziri Claudue Gueant iki il şərti həbs cəzasına məhkum edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sabiq nazir bundan başqa 75 min avro pul cəzasına məhkum edilib və 5 il müddətində vəzifə tutmasına qadağa qoyulub.

Sarkozinin “qara qutusu” barəsində seçki kampaniyasında qanundankənar maliyyə maxinasiyası, eyni zamanda vergidən yayınma və çirkli pullarla bağlı cinayət işi açılmışdı.

Liviyanın keçmiş lideri Qəddafi ilə Sarkozinin münasibətlərində vasitəçilik etdiyi bildirilən Livan əsilli iş adamı Ziyad Takiyəddin Qəddafinin 2007-ci il seçkilərindən öncə məhz Gueantın vasitəçiliyi ilə Sarkoziyə 500 min avro yardım göndərdiyini iddia etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm