Paris terrorunda Əsəd izi – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Paris terrorunda Əsəd izi – ŞOK İDDİA

Dünən gecə Fransanın paytaxtı Parisdə törədilən silsilə terror hücumlarında 160-a qədər adam həyatını itirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hücumla bağlı diqqət çəkən bir sıra detallar var.

Qanlı terror aktları ilə bağlı əsas sual əvvəllər də terror hücumlarının hədəfi olan Fransanın niyə növbəti dəfə hədəf seçilməsidir. İndiki halda Fransa həm terror aktlarına görə məsuliyyəti üzərinə götürən İŞİD terror qruplaşması, həm də Bəşər Əsəd rejiminə düşmən mövqedədir.

Fransa ABŞ-ın rəhbəri olduğu beynəlxalq koalisiyanın ən aktiv üzvlərindən biridir. Fransa qırıcılarının endirdiyi zərbələr nəticəsində yüzlərlə İŞİD döyüşçüsü öldürülüb. Bu baxımdan da terror hücumlarının arxasında İŞİD-in olması ağlabatan görünür.

Fransa həm də “Əsədsiz Suriya” mövzusunda sərt mövqeyi ilə ön plana çıxır. Bununla da iki tərəfin də sərt reaksiyasını çəkən Fransanın hədəf seçilməsində qeyri-adi heç nə yoxdur.

Fransa prezidenti Fransua Olland ən son 29 sentyabr tarixində “Əsəd Suriyanın bir parçası ola bilməz” deyib. Fransa bu mövqeyi ilə Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə ilə eyni cəbhədə dayanıb. 2013-cü ildə Türkiyənin Reyhanlı mahalında baş verən və 52 nəfərin həyatını itirdiyi hücumun arxasında Suriyanın gizli xidməti “Əl Muhaberat”ın olduğu müəyyən edilmişdi. Türkiyəyə gözdağı vermək istəyən Suriya gizli xidmətinin bənzər hərəkəti Fransaya qarşı və bunun İŞİD kimi bir təşkilatın vasitəsilə etdiyi təxmin edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm