Lukaşenko Putinlə görüşə gedir: “Ciddi və açıq söhbətə hazıram”
Bizi izləyin

Dünya

Lukaşenko Putinlə görüşə gedir: “Ciddi və açıq söhbətə hazıram”

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə “ciddi söhbət”ə hazırdır.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Lukaşenko bu barədə Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikovla görüşündə bildirib.

“Mən Belarus-Rusiya münasibətləri mövzusunda ciddi danışıqlara hazıram”, - Lukaşenko Rusiyaya qarşıdakı səfərinin müzakirə olunduğu görüşdə deyib.

Belarus prezidenti səfərin gedişatında Vladimir Putinlə görüşəcək. Ölkə rəhbərləri ikitərəfli münasibətlərdə problemlər yaradan məsələləri müzakirə etmək niyyətindədir. Görüşdə yalnız iqtisadi deyil, həm də hərbi siyasi məsələlər gündəlikdə olacaq. Bu, Lukaşenkonun prezident seçkilərində qələbə qazanmasından sonra ilk xarici səfəri olacaq.

Lukaşenko bildirib ki, xüsusi halda Avrasiya İttifaqı və digər inteqrasiya birləşmələri formatında Moskva və Minskin əməkdaşlığına aid olan məsələlər müzakirə ediləcək.

“Bizdə söylənməmiş heç bir söz qalmamalıdır. Mən açıq və ciddi danışıqlara hazıram”, - Lukaşenko vurğulayıb.

Qeyd edək ki, Rusiya Belorusun ən böyük ticarət partnyorudur və Belarus iqtisadiyyatında ən böyük investordur. Rusiya həmçinin post-sovet respublikasına hərbi-siyasi dəstək verir. Bununla belə Minsk xarici siyasətində Moskvanın arzuladığı şəkildə hərəkət etmir. Məsələn, Lukaşenko Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımayıb, Krımın Rusiya ilə birləşdirilməsini yalnız de-fakto tanıyıb, Moskvanın düşmən münasibətdə olduğu Ukraynanın yeni hakimiyyətini tanıyıb və Ukraynanın federallaşması üçün Rusiyaya dəstək verməkdən imtin edib. Belarus həmçinin vaxtaşırı Rusiyaya qarşı informasiya və ticarət müharibələrini yeniləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm