Dünya
Mehmanxana cəsədlə dolu, terrorun arxasından “tək gözlü” çıxdı – VİDEO
Malinin paytaxtı Bamakodakı mehmanxanada girov götürülən insanlar Fransa və Amerika xüsusi təyinatlı qüvvələrinin dəstəyi ilə azad edilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, BMT mehmanxanada 27 cəsədin olduğunu açıqlayıb.
Maliyyə Təhlükəsizlik Nazirliyi isə 18 nəfərin öldüyünü və 20-yə yaxın adamın yaralandığını bildirib. Səlahiyyətlilər ən az 2 terrorçunun öldürüldüyünü açıqlayıb. Daxili işlər naziri Salif Traore mətbuata açıqlamasında mehmanxanada girovların qalmadığını, ancaq terrorçuların hələ orada olduğunu deyib. Mehmanxananın yuxarı mərtəbələrinə qaçan terrorçulara qarşı əməliyyat davam edir.
“Reuters” agentliyi hücuma görə məsuliyyəti əvvəllər “Əl-Qaidə”yə bağlı olan “Əl-Murabitun” təşkilatının öz üzərinə götürdüyünü xəbər verib. 2015-ci ilin may ayında İŞİD terror təşkilatına biət edən təşkilat Tvitter vasitəsilə hücumu özlərinin təşkil etdiyini açıqlayıb.
Məlumata görə, “Əl-Murabitun” “tək gözlü” Mokhtar Belmokhtar tərəfindən idarə olunur. Bölgənin ən məşhur terrorçularından olan əlcəzairli Mokhtar Belmokhtar Əfqanıstanda bir partlayışda sol gözünü itirdiyi üçün “tək gözlü” adı ilə tanınır. Onun rəhbərlik etdiyi təşkilat BMT, Avstraliya, Kanada, Birləşmiş Krallıq və ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınır.
Ömər Dağlı
-
ABŞ08:00ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başladı
-
İdman07:30FİA yeni qaydaları təsdiqlədi - Yağış yağarsa…
-
Sosial07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
Magazin206:16“Eşref Rüya”da yeni sima - Foto
-
Qadın04:44Məşhur stilist qadın gözəlliyinin sirrini açıqladı - Foto
-
Magazin100:15Azərbaycanlı müğənni ağır qəzaya düşdü
-
Qoroskop00:00Günün ulduz falı - Sizin ən güclü silahınız odur
-
Magazin13 Mart 23:48Zaur Əmiraslanova ağır itki üz verdi























.jpg)






