Region
Qum şəhərində silsilə partlayışlar baş verdi
İranın Qum şəhərində silsilə partlayışlar baş verib.
Publika.az xəbər verir ki, bu barədə İraqın INA informasiya agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hazırda partlayışların xarakteri, eləcə də hücum nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Martın 3-də Qum və Tehranda baş verən hücumdan sonra İslam Respublikasının ali rəhbərini seçən Ekspertlər Məclisinin ofisləri təxliyə edilib. İranın dövlət teleradio şirkətindən bildirilib ki, zərbələr nəticəsində tələfat olmayıb.
Qeyd edək ki, ali dini lider Ayətullah Əli Xameneinin öldrülməsindən sonra İranda müvəqqəti rəhbər şura yaradılıb. Şuranın tərkibinə prezident Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri Qolam-Hüseyn Möhsüni-Ejei və Konstitusiyanın Keşikçiləri Şurasının üzvü Əlireza Ərafi daxildir. Bu şuranın əsas vəzifəsi ali rəhbərin olmadığı dövrdə ölkəyə rəhbərliyin davamlılığını təmin etməkdir. Gələcəkdə yeni ali rəhbərin təyin edilməsi ilə İslam Respublikasının baş rəhbərinin seçilməsinə cavabdeh olan xüsusi orqan — Ekspertlər Məclisi məşğul olacaq.
Xatırladaq ki, İranın Ekspertlər Məclisi Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni ali rəhbəri təyin edib.
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”





































