Çipras hakimiyyətinə ilk hücum: Afinada bomba partladıldı
Bizi izləyin

Dünya

Çipras hakimiyyətinə ilk hücum: Afinada bomba partladıldı

Yunanıstanın paytaxtı Afinada biznes mərkəzinin qarşısında saatlı bomba partladılıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bomba binanın girişində çantaya qoyulmuşdu.

Partlayış nəticəsində biznes mərkəzi və yaxınlıqdakı binaların pəncərələri sınıb, zərərçəkənlərin olmadığı bildirilir.

Məlumata görə, biznes mərkəzi Yunanıstan parlamentinin qarşısındakı Sintaqma meydanının yaxınlığında yerləşir. Qeyd edilir ki, biznes mərkəzinin yaxınlığında həmçinin kafelər, bank filialları və mağazalar var.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, bombanı yunan partizan qrupları partladılıb. Hadisə baş verən rayon mühasirəyə alınıb.

Qeyd edilir ki, bu, baş nazir Aleksis Çiprasın hakimiyyətə gəlişindən sonra ilk hücumdur.

Xatırladaq ki, SİRİZA-nın (Sol Radikal Güclərin Koalisiyası) lideri Çipras sentyabrın 21-də Yunanıstanın baş naziri kimi and içib. SİRİZA növbədənkənar parlament seçkilərində qələbə qazanıb və “Müstəqil yunanlar” Partiyası ilə koalisiya hökuməti formalaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm