Dünya
Ağ Ev rəsmisi: “Rusiya hərbçiləri türkmanları hədəf seçib”
Əgər Suriyada türkmanlar silahlı hücumlara məruz qalırlarsa, o zaman onlar özlərini müdafiə etmək hüququna malikdirlər”.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner ötən gün Türkiyə-Suriya sərhədində rus hərbi helikopterinin türkmanlar tərəfindən vurulmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, indi türkman əhali Suriya müxalifəti ilə bərabər Bəşər Əsəd rejiminə qarşı vuruşur. M.Toner bildirib ki, türkmanlar Suriya müxalifətinin bir parçası hesab olunur: “İddialar səslənir ki, guya türkmanlar rus pilotların ikisini də vurublar. Ancaq pilotlardan birinin sağ olduğu deyilir. Əgər türkman əhali Rusiya tərəfindən silahlı hücuma məruz qalıbsa, o zaman onlar özlərini müdafiə etmək üçün bütün haqlara sahibdirlər”.
Ağ Ev rəsmisi bəyan edib ki, Rusiya bölgədə mövcud olan problemləri daha da dərinləşdirir: “Rusiya Suriyanın Türkiyə ilə sərhədlərinin yaxınlığında yerləşən ərazilərdə çox təhlükəli hərbi əməliyyatlar həyata keçirir və bu əməliyyatlarda ən çox ziyan çəkən türkman əhali olur. Türkmanlar Suriyada müxalifət olduğu üçün Rusiya və Əsəd hərbçiləri onları hədəf seçib. Əslində isə Rusiya İŞİD olan əraziləri hədəf seçməlidir”.
Vasif Həsənli
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR