Dünya
NATO Qarabağda müharibəyə başlaya bilər? Kreml qorxu içində
Türkiyə ilə Rusiyanın münasibətlərinin gərginləşməsi fonunda Dağlıq Qarabağda gərginliyin artacağı ehtimalları gündəmə gəlib.
Publika.az xəbər verir ki, Baş naziri Əhməd
Davudoğlunun Moskva ilə toqquşmadan sonra Azərbaycanın ərazi
bütövlüyünün bərpası üçün Ankaranın əlindən gələni edəcəyini
açıqlaması, daha sonra xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakı
səfərini bir çox ekspertlər Türkiyənin Qarabağ münaqişəsinə
müdaxilə edəcəyi ilə bağlı mesajı olaraq dəyərləndirir.
Rusiyalı ekspert tarix elmlər namizədi Anton Yevstratov da hesab
edir ki, Rusiya və Türkiyə Dağlıq Qarabağda toqquşa bilər.
Onun sözlərinə görə, rəsmi Ankaranın Rusiya ilə münasibətlərinin
pozulmasından sonra Dağlıq Qarabağla bağlı açıqlaması buna ilk
işarə idi: “İndiyə qədər həll olunmayan münaqişədə müharibə
variantına əl atılması heç kimə xeyir gətirməyəcək. Bakı Qarabağda
hazırki status-kvonun dəyişdirilməsi üçün əlindən gələni edir və
güman ki, yaranmış situasiyadan da istifadə edəcək”.
Rusiyalı politoloq Aleksandr Sıtin isə qeyd edib ki, Türkiyə
Qarabağda hərbi əməliyyatlar keçirəcəyi təqdirdə, Rusiya məsələyə o
qədər də qarışmaq istəməyəcək: “Çünki Türkiyə NATO ölkəsidir və
Moskva buna müdaxilə etməklə Şimal Alyansını qarşısına almış ola
bilər. Qarabağ münaqişəsi dondurulmuş deyil, orada gərginlik daim
var və indiki situasiyada müharibə başlaya bilər”.
Asif Nərimanlı
-
Magazin204:44
Hande dərin dekolteli libasda - FOTO
-
Sosial03:13
Vəzifəli şəxs iş yerindən oğurluq edir? - İDDİA/VİDEO
-
Region02:42
İstanbulda AİLƏ FACİƏSİ: arvadını ov tüfəngi ilə öldürdü, sonra... - VİDEO
-
Magazin202:22
Əməkdar artisti döydülər - Polis hərəkətə keçdi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: bu xəbər güclü emosional rezonans yaradacaq
-
İdman23 May 23:36
Uşağa təcavüz edən məşhur idman jurnalisti SAXLANILDI
-
Region23 May 23:12
Türkiyədən gecə saatlarında dəhşətli xəbər: ölənlər və yaralananlar var
-
Region23 May 23:00
Rəisinin nəşi göyərtədə: elə görüntü yayıldı ki… - ŞOK VİDEO