Türkiyə Kubokunun sahibi məlum oldu - FOTO
Bizi izləyin

İdman

Türkiyə Kubokunun sahibi məlum oldu - FOTO

Futbol üzrə Türkiyə Kubokunun qalibi bəlli olub.

Publika.az xəbər verir ki, həlledici oyunda "Beşiktaş" və "Trabzonspor" komandaları üz-üzə gəlib. "Atatürk" Olimpiya Stadionunda baş tutan görüş İstanbul nəhənginin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 13-cü dəqiqədə qonaqların heyətində Paul Onuaçu açıb. "Qara qartallar" Raşid Qezzalla 45+3-cü dəqiqədə penaltidən bərabərlik qoluna imza atıb. 54-cü dəqiqədə Salih Uçan İstanbul klubunu önə keçirib. Nikolas Pepe 89-cu dəqiqədə hesabı bərabərləşdirsə də, "qara qartallar"a kuboku qazandıran qələbə topunu 90+4-cü dəqiqədə Əl-Musrati vurub.

Bununla da "Beşiktaş" 11-ci dəfə Türkiyə Kubokunun sahibi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm