Obama xalqa müraciət etdi
Bizi izləyin

Dünya

Obama xalqa müraciət etdi

ABŞ prezidenti Barak Obama Kaliforniyada atışmadan sonra amerikalıların təhlükəsizliyi məsələsinin prioritet olduğunu vurğulamaq məqsədilə bazar günü axşam Ağ Evdən Amerika xalqına müraciət edib.

Ağ Evin sözçüsü deyib ki, prezident Obama çərşənbə günü Kaliforniyada atışma ilə bağlı təhqiqata dair son məlumatlarla bölüşüb, eyni zamanda terrorizmin daha geniş mənada təşkil etdiyi hədələrdən və onu dəf etməyin yollarından danışıb.

Bu, Obamanın Ağ Evdə Oval kabinet kimi tanınan prezident otağından Amerika xalqına üçüncü müraciət çıxışı olub. ABŞ prezidentləri ən ciddi məsələlərlə bağlı Amerika xalqına müraciətlərini bu kabinetdən edir. Prezident Obama sonuncu dəfə Oval kabinetdən çıxışını 2010-cu ildə ABŞ hərbi qüvvələrinin İraqda döyüş əməliyyatlarına son qoyduğu zaman etmişdi.

Federal Təhqiqatlar Bürosu ABŞ-da anadan olmuş Sayed Rizvan Farukun və onun pakistanlı həyat yoldaşı Taşfin Məlikin San Bernardino şəhərində 14 adamın ölümü və 21 adamın yaralanması ilə nəticələnmiş hücuma yol açan səbəbləri araşdırmaq məqsədilə təhqiqatı davam etdirir.

Şənbə günü rəsmilər atışma zamanı istifadə edildiyi ehtimal edilən iki avtomat alan şəxsin Redlands məhəlləsindəki evində reyd keçirib. Faruk bu evin qonşuluğunda yaşayıb və qonşular onu burada yaşayan şəxsin dostu kimi təsvir edib. Lakin Federal Təhqiqatlar Bürosu reydlə bağlı detalları açıqlamaqdan imtina edib. Evində axtarış keçirilən şəxsə qarşı cinayət ittihamları irəli sürülməyib. O, hücumdan sonra əqli xəstəliyi olan insanların müalicə edildiyi mərkəzə müraciət edib.

Faruk və Məlik atışmadan sonra qaçıb, lakin sonradan onların avtomobilinin yaxınlıqdakı küçədə olduğu aşkar edilib. Onların hər ikisi polislə atışma zamanı öldürülüb. Polis onların evində 12 əldəqayırma bomba, bomba hazırlamaq üçün materiallar və minlərlə patron tapıb.

Federal Təhqiqatlar Bürosu hücumu terror aktı kimi təhqiq edir. Ağ Ev rəsmiləri bildirib ki, onların hansısa mütəşəkkil qrup, ya da terror qrupunun üzvü olduğuna dair hələlik bir dəlil aşkar edilməyib.

İslam Dövləti qrupu radioada ingilis dilində yayım zamanı onları öz "əsgərləri", ərəb dilində yayım zamanı isə "tərəfdarları" adlandırıb. Militant qrup hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Məlik hücumun həyata keçirildiyi vaxta yaxın Facebook sosial şəbəkəsidə İslam Dövləti qrupuna sədaqətini bildiriyi haqda status yazıb.

Dostları və ailə üzləri Faruk və Məlikin hücumu nəyə görə keçirdiyi haqda təsəvvürləri olmadığını bildiriblər. Onlar haqda heç vaxt cinayət işi qaldırılmayıb və onların adları hökumətin şübhəlilər siyahısında olmayıb.

Çikaqoda anadan olan Faruk San Bernardino şəhərində yerli hökumətdə tibbi inspektor vəzifəsində çalışırdı. Dostları onun İslama dininə ibadət etdiyini, səmimi, liberal görüşlü bir insan olduğunu deyib.

O, Pakistanda anadan olmuş Məliklə internetdə tanışlıq saytlarının birində tanış olub. Onlar Səudiyyə Ərəbistanında görüşüb və orada evləniblər. Məlik Birləşmiş Ştatlara "nişanlı vizası" adı ilə tanınan K-1 vizası ilə gəlib. Onların altı aylıq qızı var. Farukun bəzi dostları onun Səudiyyə Ərəbistanından fərqli bir adam kimi qayıtdığını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm