İŞİD-in qullar departamenti: ŞOK SƏNƏDLƏR
Bizi izləyin

Dünya

İŞİD-in qullar departamenti: ŞOK SƏNƏDLƏR

“İslam dövləti”ndə təbii resurslar və əsirlər də daxil olmaqla hərbi qənimətlərin idarə edilməsi üçün xüsusi departamentlər mövcuddur”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu, “İslam dövləti”indən (İŞİD) əldə edilən sənədlərdə öz əksini tapıb.

“Reuters” əməkdaşlarının əldə etdiyi sənədlər İŞİD-in digər qruplaşmalardan fərqli olaraq daha ciddi dövlət quruluşuna malik olduğunu göstərir. Bu sənədlər isə Amerika xüsusi təyinatlı dəstəsinin Suriyada may ayında keçirdiyi xüsusi əməliyyatı zamanı ələ keçirilib.

Amerikalı səlahiyyətlilərin sözlərinə görə, sənədlər terrorçuların ələ keçirdiyi ərazilərə effektiv nəzarəti necə təşkil etdiyini göstərir. Sənədlər terrorçu qrupların pul axınlarını idarə etmək üçün mürəkkəb bürokratik maşına çevrildiyini ortaya qoyur.

Amerikalı səlahiyyətlilər bildirirlər ki, ələ keçirilən sənədlər koalisiyaya İŞİD-in zəif yerlərini müəyyən etməyə imkan verib. ABŞ və müttəfiqləri neft infrastrukturu və qruplaşmanın liderlərini məhv etmək üçün bu məlumatlardan istifadə edir. Həmçinin sənədlərin sayəsində aydın olub ki, İŞİD daxildə şəxslərarası münaqişələr və rəqabətdən sığortalanmayıb.

Qeyd edək ki, bu il mayın 16-da Amerika xüsusi təyinatlı dəstəsinin Suriyada xüsusi əməliyyatı zamanı qruplaşmanın maliyyə məsələlərinə nəzarət etmiş liderlərindən biri Abu Sayyaf və onun arvadı Umm Sayyaf öldürülüb. Bildirilirdi ki, onun kompüterlərindən vacib məlumatlar, o cümlədən İŞİD döyüşçülərinin mobil telefonları və qruplaşmanın strukturu barədə qiymətli informasiya götürülüb. Məlumatların ümumi həcmi yeddi terabayt təşkil edir.

Xəbərə görə, məlumatlar sayəsində İŞİD-in lideri Əbubəkr əl-Bağdadinin qruplaşmanı necə idarə etdiyi və necə gizləndiyi aydın olub. İndiyə kimi sənədlərin çox hissəsi elan edilməyib. Amma ABŞ hökuməti İŞİD-lə birgə mübarizənin effektivliyinin artırılması üçün həmin informasiyaların bir hissəsini müttəfiqləri ilə bölüşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm