PKK-nın ŞOK PLANI: Bu yerlər bombalanacaq
Bizi izləyin

Dünya

PKK-nın ŞOK PLANI: Bu yerlər bombalanacaq

PKK Türkiyənin cənubi-şərqindəki kilsələri bombalamaq niyyətindədir.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik səlahiyyətliləri terror təşkilatının bununla da məsuliyyəti dövlətin üzərinə ataraq Avropanın diqqətini çəkmək istədiyini bildiriblər.

Məlumata görə, Diyarbəkr vilayətinin Sur mahalındakı tarixi abidələr, o cümlədən kilsə və məscidlər terrorçuların hücumlarının hədəfinə çevrilib. Sur mahalının ilk Osmanlı əsəri olan 500 illik Fateh Paşa Məscidinə 1 ay əvvəl edilən hücumda məscidin qapısı tamamilə yandırılıb.

Bundan başqa, PKK-çıların hücumunda erməni katolik və erməni protestant kilsələri də zərər görüb. Erməni katolik kilsəsinin qapısını qıraraq içəri girən terrorçular kilsənin çilçıraq, divar və şüşələrinə zərər veriblər.

“PKK kilsələri bombalayaraq cinayət dövlətin üzərinə atmaq və Avropanın diqqətini Sur mahalına çəkmək istəyir”, - təhlükəsizlik səlahiyyətliləri bildiriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm