Dünya
Ərdoğan polisə atəş açan azərbaycanlılardan danışdı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Niğde şəhərində baş verən polislə qarşıdurmada təqsirləndirilərək həbs edilən azərbaycanlılardan danışıb.
Türkiyə telekanallarından birində qonaq olan Ərdoğan polis yoxlanışı zamanı iki polis nəfərini və bir yük maşını sürücüsünü silahla qətlə yetirənlər barəsində ölkənin kəşfiyyat orqanlarının və məhkəmə sistemin müvafiq işlər gördüyünü deyib: “İkisi yaralı olan şəxslər həbs edilərək Ankaraya gətiriliblər. Əlaqələri nədir? Onların Suriyada təlim keçdiklərini və silahı yanlarında apardıqlarını iddia etdilər. Amma hazırda bəzi məlumatlar əldə edilib. Həmçinin kəşfiyyat orqanlarımızlazımı işlər həyata keçirir”.
Qeyd edək ki, martın 20-də Türkiyənin Niğde şəhərində sənəd yoxlanışı zamanı avtomobildə olan 3 silahlı çəxs təhlükəsizlik qüvvələrinə müqavimət göstərib. Polisə açılan atəş nəticəsində iki polis nəfəri və bir yük maşını sürücüsü dünyasını dəyişib.
Baş verən qarşıdurmada təqsirli bilinən iki şəxs yaralı olaraq ələ keçirilmiş, digəri isə ertəsi gün Köşkönü kəndində yaxalanıb. Təqsirli bilinərək həbs olunan 3 nəfərdən ikisinin Azərbaycan əsilli olduğu bildirilir. Saxlanılanlar barəsində həbs qəti-imkan tədbirləri seçilib./Anspress
-
Sosial21:00
Ölüb-dirilən adam Zaurun verilişinə gəldi - FOTO/VİDEO
-
İdman20:36
Mahir Emreli Azərbaycana qayıdır?
-
Magazin120:00
Xatirə dərin yarıqlı libasda poza verdi - FOTO
-
Sosial19:36
Fəlsəfə doktoru vəfat etdi - FOTO
-
Kriminal19:12
Azərbaycanda DƏHŞƏT: kişi bacısına günlərlə ağır işgəncə verərək... - Hadisə yerindən VİDEO
-
Sosial18:12
Prezidentlə xanımı xocalılılarla... - VİDEO
-
Dünya17:36
İrlandiya da Fələstini tanıdı
-
Səhiyyə16:56
Yeni virus ortaya çıxdı: 3 gün ərzində öldürür