Avropa İttifaqı İrana qarşı sanksiyaları ləğv etdi
Bizi izləyin

Dünya

Avropa İttifaqı İrana qarşı sanksiyaları ləğv etdi

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramına dair yaydığı hesabatın ardınca Vyanada keçirilən birgə mətbuat konfransında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdığını elan edib.

Publika.az xəbər verir ki, Aİ-nin nümayəndəsi bu gündən etibarən İranın nüvə proqramı ilə əlaqədar multilateral və milli iqtisadi və maliyyə sanksiyalarının ləğv olunduğunu bildirib. Bununla da valyuta transferi, sığorta əməliyyatları, eləcə də neft, qaz və digər təbii ehtiyatların idxal-ixracına qoyulan qadağa aradan qalxıb. Eyni zamanda, İranın aviaşirkətlərinə yenidən Aİ ərazisindəki hava limanlarına reyslər həyata keçirilməyə icazə verilib.

ABŞ Prezidenti Barak Obama da İran üzərindən sanksiyaların götürülməsinə dair müvafiq fərman imzalayıb. Fərmnın icrsı ilə Con Kerrinin məşğul olcğı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm