Rusiya vurdu: 5 nəfər həyatını itirdi
Bizi izləyin

Dünya

Rusiya vurdu: 5 nəfər həyatını itirdi

Rus təyyarələri Hələbdə müxaliflərin nəzarətindəki yaşayış yerinə hücum edib.

Publika.az
xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həyatını itirib,1 nəfər isə yaralanıb.

Böyük ziyanın meydana gəldiyi əraziyə axtarış qurtarma qrupları cəlb edilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi, 30 sentyabrda Suriyada İŞİD-ə qarşı hava əməliyyatları başlatdığını bildirib. Lakin Rusiya təyyarələri daha çox Xumus, İdlib və Hələbdə mötədil müxalifətə aid qərargah,təhsil düşərgələri və yaşayış yerlərini hədəf alır.


Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm