Dünya
Rusiya “T-50 PAK FA”ların seriya istehsalına başlayır - VİDEO
“Sukhoi” reaktivlərinin yeni nəsil versiyası olan “T-50 PAK FA”ların seriya istehsalı 2017-ci ildə başlayacaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hava-kosmik güclərinin baş komandanı general-polkovnik Viktor Bondaryev bildirib.
O, əminliyini ifadə etdi ki, beşinci nəsil qırıcısının dövlət sınaqları 2016-cı ildə başa çatacaq.
Rusiyanın hərbi dairələri iddia edirlər ki, “Suxoy” şirkətinin hazırladığı “T-50” qırıcısı amerikalıların beşinci nəsil “F-22 Raptor” döyüş təyyarəsi və “F-35” qırıcılarına ciddi rəqib ola bilər. “T-50 PAK FA”lar bəzi parametrlərə görə, hər iki Amerika təyyarəsini üstələyir. Döyüş təyyarəsinin maliyyə dəyəri az olsa da, super manevr qabiliyyətinə malikdir. “T-50” qırıcısının əsas üstünlüyü radarlara yaxalanmamasıdır.
Rusiya Müdafiə Nazirliyi ötən il mayın 9-da Moskvada Qırmızı meydanda keçirilən paradda ən yeni beşinci nəsil qırıcılarını çıxarmağa qərar vermişdi. Son anda “T-50” qırıcıları tam hazır olmadığından onların yerinə Rusiya Hərbi Hava Qüvvələrinin ən yeni təyyarəsi “Su-35” iştirak etmişdi.
“T-50” birinci uçuşu 2010-cu il yanvarın 29-da Komsomolsk Amurda olub.
“RİA-Novosti”nin verdiyi məlumata görə, Rusiyanın çoxməqsədli qırıcısı ilə artıq Bəhreyn maraqlanır. Qırıcının ixracat versiyasının seriya istehsalına 2020-ci ildə başlanması nəzərdə tutulub.
Ömər Dağlı
-
Sosial13:21Çoxmənzilli binalarda idarəetmə problemi: Kim kimə tabe olmalıdır?
-
MDB11:55Qadın it və pişiklərini hündürmərtəbəli binadan belə atdı - Video
-
Səhiyyə11:34Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...
-
Dünya11:24Bu ölkədən Putinə zəng gəlsə, Ukraynada müharibə dərhal dayanacaq – ABŞ adını açıqladı
-
Magazin111:20Nazir Brilyant Dadaşovanın ərini vəzifəsindən azad etdi
-
Digər11:03Kim Çen In Rusiyada öldürülmüş hərbçilərə muzey tikdirir
-
Hadisə10:13Çilingər hakimin ölümünə görə həbs edildi
-
İqtisadi gündəm09:52Azərbaycanın geyim bazarında səssiz dönüş: Türkiyədən idxal daha da azalacaq






























.jpg)





