“III Dünya müharibəsi başladı...” - VİDEO
Bizi izləyin

Dünya

“III Dünya müharibəsi başladı...” - VİDEO

Türkiyənin “Cumhuriyyət” qəzetinə müsahibəsində keçmiş səfir Uluç Özülker Suriya böhranı və “Cenevrə-3” konfransı ilə bağlı maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, səfir III Dünya müharibəsinin artıq başlandığını bildirib.

Keçmiş səfirin iddiasına görə, ABŞ və Rusiya Suriya və İraq mövzusunda razılaşıblar. O qeyd edib ki, ABŞ əslində Rusiyanın Suriyaya gəlişindən çox məmnundur.

“Amerika təkbaşına yalnız havadan vurmaqla nəticə qazana bilməyəcəyini bilirdi. Eyni zamanda koalisiyanın da təkbaşına çox şey edə bilməyəcəyinin fərqində idi. Nəhayət, Rusiya Suriyada yerləşdi və cənub qonşumuz oldu. Rusiya “Əsədli və ya Əsədsiz, fərqi yoxdur, Aralıq dənizinə çıxışı olan bir torpaq parçası mənim himayəmdə olacaq. Amerika da bunu qəbul etdi. Amerika və Rusiya arasında razılaşma var. İraq da, Suriya da parçalanır. Yeni bir coğrafiya ortaya çıxır. Bu coğrafiyanın içində Türkiyənin cənubi-şərqinin olub-olmadığını düşünmək lazımdır”, - Uluç Özülker qeyd edib.

Keçmiş səfirin sözlərinə görə, hazırkı şərtlərdə Rusiya və Amerika arasında qəti bir razılaşma əldə etmək mümkün deyil: “Buna görə də məsələni zamanın öhdəsinə buraxacaqlar. “Zamanı gələndə yeni bir “Sykes Picot” razılaşması ilə problemləri həll edərik” yanaşması var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm