Lavrovdan Ankaraya: “Bunu unutmayacağıq!”
Bizi izləyin

Dünya

Lavrovdan Ankaraya: “Bunu unutmayacağıq!”

“Moskva Ankaranın terrorçulara yardımlarını unutmayacaq”.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov İtaliyanın “Limes” jurnalına müsahibəsində deyib.

Rusiya xarici işlər nazirinin iddiasına görə, Ankara Moskvanın dəfələrlə etdiyi müraciətlərinə baxmayaraq, Yaxın Şərq və Afrika ölkələrindəki ekstremist qruplaşmalara qoşulmaq məqsədi ilə gedən Rusiya vətəndaşlarına kömək edib. Lavrov Türkiyənin nadir hallarda Rusiya vətəndaşlarını saxladığını deyib.

O vurğulayıb ki, Rusiya rəhbərliyi Suriyada “Rusiya hərbi qulluqçularının həlak olmasında birbaşa məsuliyyət daşıyan” Türkiyə rəhbərliyi ilə türk xalqı arasında bərabərlik işarəsi qoymur. Lavrov türk xalqı arasında Rusiyanın çoxdankı və etibarlı dostlarının olduğunu bildirib.

Lavrov əlavə edib ki, Rusiya üçün terrorizmlə mübarizə məsələsi prinsipial xarakter daşıyır. “Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiya bombardmançısına hücumu bizim yanaşmalarımızı dəyişə bilməz. Əgər təxribatın hədəfi bu idisə, o halda onun müəllifləri açıq-aydın yanıldılar”, - Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm