
Dünyada 34 qruplaşma İŞİD terror təşkilatına sədaqət andı içib.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının üzvləri qarşısında məruzə ilə çıxış edən BMT-nin baş katibi Pan Gi Mun deyib.
Baş katibin sözlərinə görə, 2016-cı ildə İŞİD-ə sədaqət andı içən qruplaşmaların sayı yalnız artacaq. Pan Gi Mun həmçinin xəbərdarlıq edib ki, İŞİD-ə bağlı qruplaşmalar Filippin, Özbəkistan, Pakistan, Liviya və Nigeriya kimi ölkələrdə hücumlarını artıra bilər.
“Yaxın Şərq, Qərbi və Şimali Afrikada, həmçinin Afrikanın cənubi-şərqində İŞİD-in təsir dairəsi sürətlə genişlənir. Bu təhdid yalnız 18 ay ərzində yayılıb”, - BMT-nin baş katibi təhlükənin miqyasını göstərib.
Ömər Dağlı