Səudiyyə üçün cəhənnəm qapıları
Bizi izləyin

Dünya

Səudiyyə üçün cəhənnəm qapıları

Səudiyyə əsgərləri Suriyaya gələrsə, onlar üçün cəhənnəm qapılarını açacağıq.

Axar.az xəbər verir ki, bu barədə Hizbullah qruplaşmasının açıqlamasında deyilib.

“Səudiyyə Ərəbistanı İraq və Suriyaya ordu göndərməklə əsgərləri üçün cəhənnəm qapılarını açacaq. İŞİD-in muzdlu əsgərləri Suriyada həyata keçirdiyi çirkin əməllərinin bədəlini ödədi. Səudiyyə Ərəbistanı da risk edib, İŞİD əməllərini təkrar etməməlidir”, - açıqlamada deyilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı bir müddət öncə Suriyaya quru qoşunları göndərməyə hazır olduğunu açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm