Terrorçu özünü hərbi hissədə partlatdı
Bizi izləyin

Dünya

Terrorçu özünü hərbi hissədə partlatdı

Suriyanın paytaxtı Dəməşqdə hərbi hissənin yaxınlığında avtomobilə quraşdırılan bombanın partlaması nəticəsində 3 nəfər ölüb, 14-i isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Suriya Daxili İşlər naziri Məhəmməd Şaar deyib.

O bildirib ki, partlayış zamanı yaralananların çoxu uşaq və qadınlar olub.

“Terrorçular bu alçaq hücumlarla Suriyanın gücünü sarsıtmaq istəyirlər. Lakin buna əsla nail olmayacaqlar. Tezliklə onlar məğlubiyyətə uğrayacaqlar. Onların bu planlarına qarşı müqavimət göstərməliyik”, - Şaar deyib.

Dəməşq polis idarəsinin verdiyi məlumata görə, bomba quraşdırılan avtomobili idarə edən şəxs polis geyimində olub. Onun hərbi hissənin həyətinə daxil ola bilmədiyi və özünü girişdə partlatdığı deyilib.

Sözügedən hərbi hissədə isə son dövrlər qaçqınların məskunlaşdığı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm