PYD Moskvadan istədiyini aldı
Bizi izləyin

Dünya

PYD Moskvadan istədiyini aldı

Türkiyənin terror təşkilatı kimi tanıdığı PYD ilə Moskva əlaqələrində növbəti addım atılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terror təşkilatının Suriya qolu olan PYD Moskvada nümayəndəliyini açıb.

Bir neçə ay əvvəl PYD-nin həmsədri Asya Abdullah Rusiya səfəri zamanı nümayəndəliyin açılması üçün müraciət etmişdi. Dünən Moskvaya gedən PYD-nin həmsədri Saleh Müslim Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm