• USD 1,7000 0,00% EUR 1,8725 -0,17%
    • GBP 2,1844 -0,09% RUB 0,0265 -0,38%

Türkiyə-Rusiya müharibəsi – SSENARİLƏR VƏ PROQNOZLAR

  • Dünya
  • 11 Fevral 2016 00:55
  • 1 882 Baxış
Türkiyə-Rusiya müharibəsi – SSENARİLƏR VƏ PROQNOZLAR

Türkiyə və Rusiya arasında “təyyarə böhranı” ilə yaranan gərginlik getdikcə artır.

Publika.az “Amerkanın səsi” radiosuna istinadən xəbər verir ki, Rusiya və Türkiyə arasında müharibənin başlanma ehtimalı getdikcə güclənir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqda edilən səhvə Suriyada yol verilməyəcəyini söyləməyi də müharibə riskinin yüksək olduğunu göstərir.

Türkiyə təyyarələrinin Suriyanın hava məkanına girmədiyinə diqqət çəkən jurnalist-şərhçi Əli Akel bildirib ki, Türkiyə buna cəhd etsə, Rusiya tərəfindən vurulması ehtimalı yüksəkdir.

Vaşinqton İnstitutunun əməkdaşı Soner Çağaptayın sözlərinə görə, Türkiyə son illər bu qədər təcrid olunmamışdı. O, Rusiya, İran və İraqın Türkiyəyə qarşı vahid cəbhə yaratdığını, Ankaranın yeganə müttəfiqinin ABŞ olduğunun vurğulayıb. Soner Çağaptay həmçinin qeyd edib ki, Suriya və PYD mövzusu Vaşinqton və Ankara arasında soyuqluq yaradıb.

Türkiyənin “Milliyyət” qəzetinin yazarı Nihat Əli Özcan hesab edir ki, Rusiya Türkiyənin Suriyaya müdaxilə etməsi üçün əlindən gələnini edir. Rusiyanın Müdafiə Nazirliyi fevralın 4-də verdiyi açıqlamasında Türkiyənin suveren bir ölkə olan Suriyaya müdaxilə etməyə hazırlaşdığını bildirib. Ankara isə buna cavab olaraq bildirib ki, Türkiyənin öz təhlükəsizliyini qorumaq üçün hər cür addım atmağa haqqı var. Daha sonra isə Rəcəb Tayyib Ərdoğan İraqda edilən səhvə Suriyada yol verməyəcəklərini söyləyib.

Moskvadakı “Şərq Etüdleri Mərkəzi”nin direktoru Vladimir Avatkov da Rusiya ilə Türkiyə arasında silahlı qarşıdurma ehtimalının çox yüksək olduğunu deyib. Avatkov hesab edir ki, Ankara Suriyaya əsgər göndərilməsi və müxalifət güclərinə daha çox dəstək verilməsi ssenarilərini aktiv şəkildə tətbiq edəcək.

Rusiyanın təqaüddə olan generalı Aleksandr Kostyukin Rusiyanın Türkiyə torpaqlarına hücum etməyəcəyini və qarşıdurmanın baş verəcəyi halda bunun Suriya torpaqları ilə məhdudlaşacağını söyləyib. Kostyukin Suriya ordusunun Türkiyə torpaqlarına müdaxilə ehtimalını da istisna etməyib.

Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının (USAK) mütəxəssisi Kərim Has isə fərqli düşünür. Onun fikrincə, Rusiyanın Suriya üçün NATO-nun üzvü Türkiyə ilə döyüşə girmə ehtimalı çox aşağıdır. Kərim Has Türkiyənin Suriyanın şimalında “kürd dəhlizi”nin yaranmasının qarşısını almaq üçün bölgədə kəşfiyyat gücləri ilə əməliyyatlar keçirdiyini deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR